Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tofiq Yaqublunun qızı: “Reanimasiyadadır, aclığı dayandırmayıb”

Tarix: 13-09-2020 22:07     Baxış: 3302 A- / A+
Tofiq Yaqublunun qızı: “Reanimasiyadadır, aclığı dayandırmayıb”

Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu vəziyyəti ağırlaşdığına görə istintaq təcridxanasından “City Hospital”a köçürülsə də, aclığı dayandırmayıb. T.Yaqublu 12-ci gündür ki, aclığı davam etdirir.

Manevr.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi danışıb. O bildirib ki, T.Yaqublu sentyabrın 12-də xəstəxanaya köçürüləndən reanimasiyaya yerləşdirilib, hələ də oradadır.

“Həkim nəzarəti altında aclığı davam etdirir. Qida tərkibi olmayan sistemlər köçürülür. Bu gün ayağa qaldırıb gəzdiriblər. Amma renimasiyadadır. Dünən demişdilər ki, bu gün üçün palataya köçürüləcək. Köçürməyiblər...”, - deyə N.Həzi bildirib.

T.Yaqublunun qızı onu da qeyd edib ki, siyasi fəalın ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilmir: “Biz onun xəstəxanaya köçürülməsini də “Facebook”dan oxumuşuq. Biz onun səsini eşitmək istəyirik. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”.

T.Yaqublu aclığa başlayandan sonra onun vəkili Aqil Layıc bu barədə Avropa Məhkəməsinə müraciət edib. Müvəkkilinin həyatının təhlükə altında olduğunu vurğulayıb və Avropa Konvensiyasının 39-cu maddəsinə uyğun olaraq, müdaxilə edilməsini istəyib. Avropa Məhkəməsi də Azərbaycan hökumətinə bu barədə məktub ünvanlayıb.

Məlumata görə, məktubda T.Yaqublunun təcili mülki xəstəxanaya köçürülməsi məsələsi də əksini tapıb.

Sentyabrın 11-də T.Yaqublunun ailəvi dostu olan həkim Adil Qeybullanın istintaq təcridxanasına daxil olub, onu müayinə etməsinə Penitensiar Xidmətin rəhbərliyi şərait yaradıb. T.Yaqublunu müayinə edən həkim daha sonra jurnalistlərə açıqlamasında onun həyatının təhlükə altında olduğunu bildirib.

Bir gün sonra T.Yaqublunun A.Qeybullanın da çalışdığı “City Hospital”a köçürülməsinə razılıq verilib.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar