Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

MSK sədri vəzifəsindən gedəcək? - Deputat açıqladı

Tarix: 13-09-2020 15:43     Baxış: 3227 A- / A+
MSK sədri vəzifəsindən gedəcək? - Deputat açıqladı

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, gerçəkləşmədi.

Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir. Bəzi mətbuat səhifələrində MSK sədri Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən gedəcəyi barədə informasiyalar yer almaqdadır.

O zaman parlamentin payız sessiyasının ilk vaxtlarında MSK-nın tərkibi dəyişəcəkmi?

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov modern.az-a açıqlamasında bildirib ki, bu məsələ faktiki olaraq nəzərdə tutulub:

"Qanunvericilikdə bu addımların konkret hansı müddətə atılması göstərilməyib. Prosedur isə belədir ki, adətən yeni parlament formalaşandan sonra Mərkəzi Seçki Komissiyası da formalaşır. Hazırda açığı, MSK-nın yenidən formalaşacağı barədə heç bir məlumat yoxdur”.

Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən getməsinə gəlincə, deputat bunu etik hesab etməyib:

"Həm MSK-nın yaradılması qaydası və fəaliyyəti kimi məsələlərin tənzimlənməsi Seçki Komissiyası ilə müzakirə olunur. Konkret olaraq ayrı-ayrı orqanların burada vəzifələri müəyyənləşir. Həmçinin bu vəziyyət bir adamdan asılı deyil ki, konkret istiqamət, yaxud da konkret proqnoz verək. Ona görə də öncədən Məzahir Pənahovun dəyişəcəyi, yaxud da dəyiçşməyəcəyi barədə proqnoz vermək çətindir. Açığı, düşünürəm ki, bu cür proqnozlar etik də deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar