Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əyyub Qiyas Çingiz Abdullayevi müdafiə etdi:"Rusca yazır deyə onu söymək, ittiham etmək ədalətsizlikdir"

Tarix: 12-09-2020 13:56     Baxış: 3409 A- / A+
Əyyub Qiyas Çingiz Abdullayevi müdafiə etdi:"Rusca yazır deyə onu söymək, ittiham etmək ədalətsizlikdir"

Xəbər verdiyimiz kimi bir neçə gündür ayrı-ayrı şəxslər, müxtəlif saytlar, sosial şəbəkələr ölkəmizdə rus məktəblərinin bağlanması ilə bağlı çağırış edirlər. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev bu çağırışa qoşulan yerli millətçiləri sərt sözlərlə tənqid edib.

Manevr.az xəbər verir ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Xalq yazıçısını qınayanlar da oldu, müdafiə edənlər də. Tanınmış yazıçı Əyyub Qiyas Ç. Abdullayevin fikirlərini doğru hesab edir:

"Xalq yazıçısı Çingiz Abdullayev rusca yazır deyə onu söymək, ittiham etmək, haqqında qeyri-etik fikirlər yazmaq, onu qeyri-vətənpərvərlikdə günahlandırmaq ən azından ədalətsizlikdir. Kaş çoxumuz elə onun qədər vətənpərvər ola bilək. Çingiz Abdullayevin bütün əsərlərinin baş qəhrəmanı azərbaycanlı balasıdır. Hər əsərdə Dronqo öz vətəni, Bakı, Xəzər dənizi, milli yeməklər, adətlərdən söz açır və dünya oxucusu Azərbaycan haqqında məlumat alır. Çingiz Abdullayev dəfələrlər (yüzlərlə dəfə) ən mötəbər salonlarda, beynəlxalq tədbirlərdə Azərbaycanı öz intellekti, yüksək mədəniyyəti ilə təmsil edib və hər zaman milli mənafelərimizin müdafiəsinə qalxıb.
Dünyada inglis dilində yazıb-yaradan yüzlərlə məşhur, qeyri-ingilis müəllif var. Elə 2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçisi yapon İşuquro da ingiliscə yazir, hətta öz ölkəsini də tərk edib, amma yaponlar buna görə onu suçlamırlar. Maksud İbrahimbəyov da rusca yazırdı və hələ sovet dövründə bir neçə dəfə adı Nobel mükafatı iddiaçıları arasına düşmüşdü. Bütün sovet məkanında hörmətlə tanınırdı, dünyadanın neçə-neçə ölkəsində kitabları çıxmış, əsərləri tamaşaya qoyulmuşdu. Dünya şöhrətli Çingiz Aytmatov da rusdulli idi, amma qırğız ədəbiyyatı yaradırdı. Belə nümunələr çoxdur və heç bir xalq öz tanınmış adamını, ziyalısını buna görə daşqalaq etməyib. Dünya şöhrətli alim Lüfi Zadə (Lütvəli bəy) də doğma dilində çox çətinliklə danışırdı, hətta heç Çingiz Abdullayev qədər azərbaycan mədəniyyətini də yaşamırdı, amma biz onun azərbaycanlı olmasıyla fəxr edirik. Müslüm Maqomayev ayaq basdığı hər yerə Azərbaycan aparmırdımı?! Bu gün dünyanın müxtəlif yerlərinə çiçək ləçəkləri kimi səpələnmiş söydaşlarımızın yaxşı hərəkəti, uğuru, şöhrəti, savadı, hörməti bizim başucalığımız deyilmi?
Övladlarım azərbaycan məktəbində təhsil alıblar, amma rus dilini də, ingilis dilini də bilirlər. İndi minlərlə ailədə övladlarına müxtəlif xarici dilləri öyrətmək ənənəsi yaranıb və bu çox doğru düşüncə tərzidir. Çünki bu gün gələcək üçün kapital qoymaq vaxtıdır. Azərbaycan məktəblərində rus dilində tədris tam dayandırılsın fikri məncə doğru yanaşma deyil. Biz Rusiya ilə qonşuyuq və bu coğrafaiyadan köç edib başqa yerə getmək şanşımız yoxdur. İstəsək də, istəməsək də Samur çayı bizi Rusiya ilə ayırır və o çay hələ çox axacaq. Rusiya ilə normal münasibət qurmaq bizim ən azından Türkiyə ilə ən yüksək səviyyəli münasibət qurmağımız qədər vacib və həssas məsələdir. Üstəlik, indiki məqamda bu mövzuda düşünmədən fikir bildirmək olmaz.
Təbii ki bizi Rusiya ilə düşmən etmək, üz-üzə qoymaq istəyən kənar qüvvələr çoxdur və onlar ölkənin həm daxilində, həm xaricində qarışıqlıq yaratmaq, düşmənlərimizin dairəsini genişlətmək istəyirlər. Biz rusları söyməklə heç nəyə nail ola bilmərik, çünki Rusiya aid olduğumuz coğrafiyada söz və güc sahibidir. Üstəlik, Çingiz Abdullayev qədər hörmətli, nüfuzlu bir söz adamının fikirlərini tənqiq mövzusuna çevirmək heç doğru deyil, çünki Çingiz üçün dünya çox böyükdür. Üçüncüsü isə bir həqiqəti unutmayaq: milyonlarla soydaşımız Rusiyadan çörək qazanıb, ailəsini dolandırır.
Bizim konkret, bəlli düşmənimiz var. Düşmən ağılla hərəkət edir, biz isə bəzən sadəlövhüklə xarici kəşfiyyatların, muzdlu emissarların bulandırdığı suya tor atıb, balıq tutmaq fikrinə düşürük.
Əzizlərim, dostlarım, güvənc yerim olan insanlar, sizi başa düşürəm, düşmən hər addımda əsəblərimizi tarıma çəkir. Üstəlik, son altı ayın koronavirus stresi, maddi və mənəvi sıxıntılar, qayğılar, ümidsizlik… hamımızı bezdirib və yorub, amma nə olursa olsun sayıqlığımızı əldən verə bilmərik. Dəyərlərimizi qorumalıyıq. Ziyalılarımızı qorumalıyıq. Tanınmışlarımızı qorumalıyıq. Çingiz Abdullayevlə fəxr etməliyik!",- deyə o vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar