Xəbər lenti
Deputat: "Siyavuş Novruzov bu addımı özü atdı"
"Əgər kabinetdən çıxırsansa, bu halda özünəməxsus əşyaları götürüb, ora qayıtmırsan”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında deputat Elman Nəsirov Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin sabiq müavini Siyavuş Novruzovun qərargahı tərk etməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, burada qəribə və təəccüblü heç nə yoxdur:
"Bilirsiniz ki, Siyavuş müəllim özü könüllü şəkildə tutduğu vəzifədən, YAP-ın icra katibinin müavini vəzifəsindən istefa verib. Yəni, bu addımı özü atdı. Yeri gəlmişkən, müxalifət siyasiləri də bundan bir örnək götürsün. YAP təmsilçisi kimi könüllü şəkildə istefa mədəniyyətini ortaya qoysunlar. Müxalifətin sıralarında elə şəxslər var ki, onlar istefaya çoxdan getməlidir”.
Elman Nəsirovun fikrincə, bu, partiyanın nizamnaməsi ilə tənzimlənən bir məsələdir:
"Siyavuş Novruzov partiyanın icra katibinin müavini vəzifəsindən gedib. İcra katibinin müavini olaraq onun partiyada otağı vardı. Siyavuş müəllim daha o otağa gəlmir. Orada şəxsi əşyaları var. Onları özü ilə götürüb. Nizamnamə ilə tənzimlənən məsələdir. Bütün vəzifələrdə belədir. Əgər kabinetdən çıxırsansa, bu halda özünəməxsus əşyaları götürüb, daha ora qayıtmırsan”.
Deputat qeyd edib ki, Siyavuş Novruzov YAP-ın Siyasi Şurasının İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib. Bundan başqa onun partiyanın qərargahına gəlməməsi və kabinetini boşaltması bildirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar