Xəbər lenti
Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə etdi
Həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb.
Manevr.az bildirir ki, A.Qeybullanın apa-ya verdiyi məlumata görə, T.Yaqublunun ailəsinin müraciəti əsasında onun tərəfindən həbsxanada müayinə edilməsinə icazə verilib:
"Tofiq Yaqublunu ümumi müayinə etdik, sanitar-tibbi hissənin həkimləri də orada idi. Əlbəttə, mən həkim kimi onun aclıq aksiyasını dayandırmasını təklif etdim. Lakin o, aksiyasını davam etdirəcəyini bildirdi. Biz ona venadaxili infuziya etdik, bəzi vitaminlər köçürdük, ilk tibbi yardım göstərdik. Huşu yerindədir, bizimlə danışdı, ona bəzi zəruri tibbi məsləhətlər də verdim".
Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.
Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar