Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri -ŞƏKİLLƏR

Tarix: 11-09-2020 12:42     Baxış: 3374 A- / A+
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri


“Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunda aparılan və artıq yekun fazasında olan modernizasiya və yenidənqurma işləri sürətlə davam etdirilir.

SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olmuşdur.

SOCAR rəhbəri “Azərikimya” İB-nin “EP-300” qurğusunda artıq yekun fazasına daxil olan modernizasiya və yenidənqurma işlərinin, eləcə də zavodda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olmuş, öz tapşırıqlarını vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” Layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı poletilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammallar və enerjidaşıyıcılarla təmin edilməsi məqsədi ilə “Azərikimya” İB-nin “EP-300” qurğusunda daha çox məqsədli məhsullar (etilen və propilen) əlavə olunması üçün mərhələlərlə modernizasiya və yenidənqurma işlərinə başlanılmış və hal-hazırda sözügedən layihə yekun fazasına daxil olmuşdur.

Layihənin icrasına lisenziar və baş podratçı qismində sənayə liderlərindən olan Technip şirkətinin İtaliya ofisinin cəlb edilməsi ilə 2016-cı ildə başlanılmışdır. Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, mövcud qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq və müasir standartlara cavab verən yüksək keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı üçün təminat yaranacaqdır.

Layihə çərçivəsində (1-ci faza) “Azərikimya” İB-də yeni 4 ədəd piroliz sobası, quru qazın təmizlənməsi qurğusu, etilen və propilen saxlama anbarları, hidrogenin alınması və zənginləşdirilməsi və PPF-in təmizlənməsi qurğuları tikilmiş, bir sıra mövcud qurğu və

avadanlıq əsaslı şəkildə rekonstruksiya olunmuş, zavodda yeni avtomatika-idarəetmə sistemi tətbiq edilmişdir.

Layihəyə 50-dən çox beynəlxalq və yerli şirkət əsas avadanlıq və material təchizatçısı qismində cəlb edilmişdir.

Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2000 nəfər olmuşdur ki, bunların 95% -ə qədəri yerli mütəxəssislərdir.

5 avqust 2020-ci il tarixdən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunun yeni konfiqurasiyada istismara verilməsi məqsədilə zavodun fəaliyyətinin planlı dayanması baş vermişdir. Bu dayanma zamanı yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bütün tikinti-quraşdırma işlərinin tamamlanması və sazlama işlərinin aparılması gözlənilir. Cari ilin oktyabr ayında zavodun istehsalat fəaliyyəti bərpa olunandan dərhal sonra yeni qurğuların mərhələli şəkildə istismara verilməsi, beləliklə də 2020-ci ilin 4-cü rübündə cari layihənin tam olaraq başa çatdırılması nəzərdə tutulur.

Etilen-polietilen zavodunda həyata keçirilən digər önəmli layihələr:

- Buxar Turbogenerator qurğusunda layihə gücünün 32 Mvt/saatdan 65 Mvt/saata çatdırılmasıdır. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yüksək gərginlikli yarımstansiya Etilen-polietilen zavodunun ərazisinə köçürülərək tam olaraq yenidən qurulur.

Layihə başa çatdıqdan sonra “Azərikimya” İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 32 Mvt.s elektrik enerjisinə olan tələbatı («EP-300” və “Polimir-120” qurğularında) tam olaraq qarşılanacaq, qurğunun istehsal etdiyi izafi 33 mvt.s elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülməsi imkanını yaradacaqdır.

Hazırda Layihə üzrə işlərin 65%-i icra olunub və onun tam olaraq 2021-ci ilin 2-ci rübündə yekunlaşması nəzərdə tutulmuşdur.

Manevr.az

SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri
SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar