Xəbər lenti
Əli Həsənov lüks villasında istirahət edir

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub.
Manevr.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir.
Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əli Həsənovla bir yerdə istirahətdə olduğu deyilir.
Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb.
Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb.
“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib./demokrat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar