Xəbər lenti
Partiya sədrindən xalq yazıçısına sərt sözlər:"Ay kosmopolit, rusbaş “cahil”..."
Xəbər verdiyimiz kimi Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev ölkədəki rusdilli məktəblərin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib. Yazıçının bu yanaşması ictimai qınağa səbəb olub.
Manevr.az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev məsələyə münasibətini bildirib və Ç.Abdullayevə ünvanlı fikirlərini söyləyib:
"Hamı söyür... Yazıçı Çingiz Abdullayev Azərbaycanda rus məktəblərinin sayının kütləvi surətdə artırılmasından narahat olan və rus məktəblərinin sayının azaldılmasını təklif edən milli qüvvələri “ Yerli cahil”lər adlandırıb...
Ay kosmopolit, rusbaş “cahil”, heç kim övladlarımızın rus, yaxud da başqa xarici dilləri öyrənmələrinin əleyhinə deyil, amma əksəriyyət kütləvi surətdə rus dilli məktəblərin artırılmasının arxasında hansısa məkirli niyyətlərin olduğunu düşündüyü, gördüyü üçün həyəcan təbili çalır. Nədir, sizlər 5-ci kalona yeni nəsil hazırlayırsınız?
Sizi nə narahat edir? Ölkənin ən çox dərc olunan yazıçısısınız, amma bizim doğma ana dilimizdə erməni ləhcəsi ilə danışırsınız. Hələ indiyədək bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edib ermənilərə verən Rusiya, onun rəhbərliyi barədə doğma rus dilinizdə bir kəlmə etiraz etməmisiniz. Bax bizi bu narahat edir. Bu ölkəni işğaldan sizin kimi kosmopolitlər, rusbaşlar deyil “yerli cahil” dediyiniz milli adamlar, onların övladları azad edəcəklər..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar