Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər

Tarix: 09-09-2020 21:38     Baxış: 3400 A- / A+
Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər


Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.

O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.

Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.

“Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz... Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.

Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz - budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.

Bir yerli “fəal” in dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, - xalq yazıçısı statusunda qeyd edib.

Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:

“Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar