Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + ŞƏKİLLƏR

Tarix: 07-09-2020 18:02     Baxış: 3314 A- / A+
Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + ŞƏKİLLƏR

Son günlər Prezidenin sabiq köməkçisi Əli Həsənovla bağlı qalmaqallı xəbərlər medianın və sosial şəbəkələrin gündəmindən düşmür.

Manevr.az yeniavaz.com-a istinadən Əli Həsənovla bağlı daha bir qalmaqallı məqamı təqdim edir.

Məlum olub ki, Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov öz qızını həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbəliyeva (Həsənov) “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr muavinidir. Qeyd olunan İctimai Birliyinin sədri isə Əli Həsənovun müdir olduğu “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının baş müəllimi, Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədovdur.

Onu da qeyd edək ki, Əli Həsənovun rəhbərlik etdiyi “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlı da müəllimlik edir.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbəliyevin həyat yoldaşıdır.

Manevr.az
Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + ŞƏKİLLƏR

Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + ŞƏKİLLƏR

Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar