Xəbər lenti
Millət vəkili Jalə Əliyeva Ucarın kəndlərində seçiciləri ilə görüşüb- ŞƏKİLLƏR
Millət vəkili Jalə Əliyeva bu gün Ucarın Bərgüşad, Lək və Xələc kəndlərində seçicilərini qəbul edib. Onların problemləri ilə maraqlanıb.
Manevr.az-ın məlumatına görə, vətəndaşların ən çox toxunduğu məsələ su problemi ilə bağlı olub. Jalə Əliyeva öncə Bərgüşad kəndində I qrup əlil Kərəm Məmmədovu onun xahişi ilə sonuncunun öz həyətində ziyarət edib, şikayətini dinləyib. Görüşdə iştirak edən Bərgüşad kəndinin bir qrup sakini kəndin su problemini dəfələrlə Milli Məclisdə qaldırdığı üçün, əlaqədar təşkilatlara müraciət etdiyi üçün deputata təşəkkürlərini bildiriblər. Bu məsələnin bütün ölkə üzrə prioritet bir məsələ kimi dövlət başçısı cənab İlham Əliyevin diqqətində olduğu deputat tərəfindən görüş iştirakçılarının nəzərinə çatdırılıb. Bu diqqətə görə ölkə başçısına minnətdarlıq ifadə edən kənd camaatı, eyni zamanda həmin problemin qısa zamanda köklü həllinə nail olmaq üçün alternativ yollar təklif ediblər. Görüşdə həm də kəndin yol və işıq problemi qaldırılıb. Seçicilərin deputata müraciətindən sonra kəndin elektrik xətlərinin yenidən quraşdırılmağa başlanıldığını, yeni xətlərin 7 min əhalisi olan kəndin ortasına qədər çəkildiyini, lakin son 2 həftədən bəri işlərin dayandırıldığını Jalə Əliyevanın nəzərinə çatdırıblar. J.Əliyeva, hər üç problemlə bağlı bir daha əlaqədar qurumlara şifahi və yazılı müraciət edəcəyini bildirib. Sonra deputat bu yaxınlarda doğmalarını itirən kənd ağsaqqalı hacı Səməd Əliyevin, kənd ziyalısı Rəşid Dadaşovun, ağbirçək Şamama Həsənovanın evlərinə gedərək, onlara baş sağlığı verib, ölənlərə allahdan rəhmət diləyib, hər üç ailənin problemlərini dinləyib və həllində köməklik göstəriləcəyini bildirib.
Günortadan sonra Jalə Əliyeva Ucarın digər iki kəndində Lək və Xələc kəndlərində qəbul keçirib. Qəbula gələn vətəndaşların da ən böyük probleminin içməli və təsərrüfat xaraktetli su qıtlığı ilə bağlı olduğu deputatın diqqətinə çatdırılıb. Jalə Əliyeva Bərgüşad kəndində olduğu kimi, bu iki kəndin də su problemini bir daha əlaqədar qurumlar qarşıdında qaldıracağını bildirib. Qəbulda Lək mədəniyyət evinin əsaslı təmiri ilə bağlı məsələ də müzakirə edilib. Sonra Lək və Xələc kəndlərində seçicilərin fərdi xarakterli xahişləri dinlənilib, həlli üçün rayon və mərkəzi icra orqanlarına müraciət edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar