Xəbər lenti
Rusiya xüsusilə Qafqaz üçün təhdiddir - İnauri

Rusiya xüsusilə Qafqaz üçün təhdiddir.
Axar.az xəbər verir ki, bunu “Rezonansi” qəzetinə açıqlamasında gürcü hərbi ekspert Georgi İnuari söyləyib.
“Rusiya Gümrüdəki 102-ci hərbi bazasında Nebo-M radiolokasiya sistemləri yerləşdirib. Bu sistemlər sayəsində Rusiya Türkiyə, İraq, İran, Azərbaycan və Gürcüstan hava məkanının böyük hissəsinə nəzarət edəcək. Moskva artıq uzun illərdir deyir ki, Amerika və NATO raket kompleksləri Gürcüstanda yerləşir. Lakin görürsünüz ki, onlar yanılırlar. Qərb üçün prioritet hazırda başqa məsələlərdir. İndi onlar qeyri-müəyyənlik dövründədirlər və yaxın gələcəkdə hansısa hərbi bazanın yerləşdirilməsi müzakirə mövzusu deyil. Rusiyaya gəlincə isə onun üçün heç bir təhdid yoxdur. Məhz Moskvanın özü təhdidlərin əsas mənbəyidir. O, xüsusilə, bizim region üçün təhdiddir”, – o bildirib.
Qeyd edək ki, Nebo-M-ə alternativ olaraq Azərbaycan EL/M-2084 Qrin Payn stansiyasından istifadə edir. Bu stansiyanın əldə edilməsi ilə bağlı İsraillə 2011-ci ildə müqavilə imzalanıb. Bu sistem Azərbaycanla yanaşı İsrail, Hindistan və Cənubi Koreyada da istifadə edilir. Qrin Payn 500 kilometr məsafədəki bütün hədəfləri müəyyən etmək gücündədir. Nebo-M-də isə hədəflər 600 kilometr məsafədən müəyyən olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar