Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb - VİDEO

Tarix: 30-08-2020 16:08     Baxış: 4301 A- / A+
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb - VİDEO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarx hazırlanıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimiz arasında qardaşlıq münasibətləri haqqında söylədikləri kəlamlarla başlayan videoçarxda Bakıda Şəhidlər xiyabanında, Türk şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Videoçarxda Səməd Vurğunun "Azərbaycan” şeirinin misralarının müşayiəti ilə, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir.

Videoçarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb.
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb - VİDEO


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar