Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış meyxanaçılar cərimələnib - SƏBƏB -ŞƏKİL

Tarix: 30-08-2020 12:19     Baxış: 3365 A- / A+
Tanınmış meyxanaçılar cərimələnib - SƏBƏB -ŞƏKİL

Dəfn mərasimində iştirak edən daha 2 nəfər məsuliyyətə cəlb olunub.

Xəbər verdiyimiz kimi, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji sərtlərinin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2 nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov ( Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Tanınmış meyxanaçılar cərimələnib - SƏBƏB -ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar