Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

QHT sektoru görüşün əməli faydalar verəcəyinə əmindir

Tarix: 29-08-2020 19:19     Baxış: 2231 A- / A+
QHT sektoru görüşün əməli faydalar verəcəyinə əmindir


Məlum olduğu kimi, Azərbaycan Prezi­dentinin köməkçisi Hikmət Hacıyev avqus­tun 27-də şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaç­qın və məcburi köçkünlərlə işləyən 74 QHT-nin rəhbəri ilə onlayn görüş keçirib. Qeyd olu­nub ki, bu qəbildən olan insanların qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olmuşdur.

Tədbirdə səslənən mühüm bir çox fikir, təklif və tövsiyələr Azərbaycan ictimaiyyətində, xüsusilə vətəndaş cəmiyyəti fəalları arasında dərin razılıq hissi doğurmuşdur. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Bir­liyinin sədri Habil Niftalı bu barədə arzu və düşüncələrini bizimlə bölüşərkən dedi:

– Azərbaycan Prezidentinin köməkçisinin şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə onlayn görüş keçirməsi təqdirəlayiq haldır. Belə tədbirlər ölkəmizdə vətəndaş cəmiyyətinin inki­şafına pozitiv təsir göstərir. Bir sözlə, QHT sektoru görüşün əməli faydalar verəcəyinə əmindir.

Xalqımızın sevimli lideri Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə yüksək ehtiram göstərib. 2018-ci ildə yenidən Prezident seçildikdən son­ra cənab İlham Əliyevin ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bu, əlbəttə, şəhidlərə verilən yüksək qiymətdir. Son iki ildə bu istiqamətdə görülən işlərin miqyası daha da artmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd olunan kateqoriyadan olan insanla­rın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər görmüşdür. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları Mehriban Əliyevanın tapşırığına əsasən fondun nəzarətinə götürülüb.

Mən indi dünyada ikinci elə bir ölkə tanımıram ki, orada Azərbaycanda olduğu qədər şəhid ailələrinə, məcburi köçkünlərə, bütövlükdə, əhalinin həssas təbəqəsinin nümayəndələrinə ən yüksək səviyyədə bu qədər diqqət və qayğı göstərilsin. Təbii ki, bu müdrik, humanist siyasət ölkədə vətəndaş məmnunluğunu gücləndirmişdir.

Görüşdə vətəndaş cəmiyyətinin Azərbaycanın milli maraqlarının qorun­masında rolunun artmasının vacibliyindən də söhbət açlmışdır. Mən inanır və ümid edirəm ki, QHT sektoru ölkəmizdə əhalinin bütün kateqoriyalarının problemlərinin həllində daha fəal iştirak etməklə, cəmiyyətin daha da tərəqqisinə, dövlətimizin qüdrətlənməsinə öz töhfəsini verəcək.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar