Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan deputatla bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 28-08-2020 14:23     Baxış: 4281 A- / A+
Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan deputatla bağlı RƏSMİ AÇIQLAMA


AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

Manevr.az bildirir ki, bu barədə oxu.az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, bu məsələ bir neçə ay bundan öncə baş verib:

“Parlament seçkilərindən sonra professor Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunduqdan sonra qanunvericiliyə uyğun olaraq öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad olunub.

Bununla belə, professor Bəxtiyar Əliyev BDU ilə sıx əməkdaşlıq edir. O, BDU-nun Elmi Şurasının üzvüdür”.

Xatırladaq ki, bəzi saytlarda Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi və bu səbəbdən onun BDU-da kafedra müdiri vəzifəsindən azad edildiyi yazılıb. O isə açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar