Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tahir Kərimlinin mövqeyinə el arasında "anlamadan banlamaq" deyilir - QALMAQAL

Tarix: 20-01-2017 14:51     Baxış: 6321 A- / A+
Tahir Kərimlinin mövqeyinə el arasında "anlamadan banlamaq" deyilir


Sərdar Cəlaloğlu ilə Fazil Mustafa arasında gedən "şiə-sünni" mübahisəsinə deputat Tahir Kərimli də qoşulub

Tahir Kərimli açıqlamasında bildirib ki, partiya sədrləri siyasətlə, partiyanın nizamnamə və proqramında nəzərdə tutulan məsələlərlə məşğul olmaq yerinə başqa işlərlə məşğul olurlar. Onlardan biri şiəliyi, digəri sünniliyi, üçüncüsü nurçuluğu təbliğ edir. Bu partiya sədrləri demək olar ki, azərbaycanlılar arasında ayrı-seçkilik salır və xalqı parçalayırlar. Hərə öz nöqteyi-nəzərini, hərə bir dövlət adamını, tarixi xadimi, hansısa dövləti istinad gətirməklə digərlərini təhqir edir. Bununla da cəmiyyət parçalanır, məsələ virtual aləmdən real aləmə keçərək cəmiyyətimizə sıçraya bilər.

Tahir Kərimli onları Azərbaycanı Suriyaya, İraqa çevirmək istəməklə suçlayıb.

Tahir Kərimlinin bu ittihamlarına ADP sədri Sərdar Cəlaloğlu ölkə.az-da cavab verib:

"Tahir Kərimlinin bu mövqeyinə el arasında "anlamadan banlamaq" deyilir. Görünür o, nə mənim, nə də Fazil Mustafanın yazdıqlarını oxumayıb. Tahir Kərimli özünü bitərəf, millətçi kimi təqdim edir. Nə yazdığımızı oxusun, sonra çıxıb mövqeyini ortaya qoysun.

Yazılarımda "Quran" ayələrindən sitat gətirmişəm və qeyd etmişəm ki, İslamın təriqətlərə bölünməsi düzgün deyil. Əgər bölünübsə də, sünni-şiə təriqətləri arasında fikir ayrılığını saxlamaq, "Quran" ayələrini diskusiya mövzusuna çevirmək düzgün deyil.

Guya biz Azərbaycanda sünnilərlə şiələr arasında nifaq salırıq. Məqaləni oxusun, ondan sonra fikir bildirsin. Mən demişəm ki, sünniləri şiələrin, şiələri də sünnilərin üzərinə qaldırmaq Azərbaycan üçün olduqca təhlükəli bir şeydir. Tahir Kərimli "iki partiya sədri elə dedi, belə dedi" deyir, bir oxu gör söhbət nədən gedir! O, anlamadığı bir məsələdən danışır".

S.Cəlaloğlu heç bir təriqəti təhqir etmədiyini də vurğulayıb:

"Şiələri müdafiə etməmişəm. Şiələrlə bağlı bir neçə məqalə yazmışam. Məqaləmdə şiə təriqətinin xiristianlıq inancı əsasında sintez edildiyini, əqidə məsələlərinin hansılarının İslama zidd olduğu barədə geniş şəkildə yazmışam. O cümlədən, sünni təriqəti ilə bağlı da fikirlərimi qeyd etmişəm. Heç bir təriqəti təhqir etmək olmaz fikrini xüsusilə vurğulamışam. Ölkə konstitusiyasında vicdan azadlığı barədə maddə var. Kim istəsə gedib xristian da ola bilər. İnsanı xristian, sünni, şiə, ateist, atəşpərəst olduğuna görə ittiham etmək olmaz. Tahir Kərimliyə sual verirəm ki, mənim hansı cümləm sünnilərlə şiələri qızışdırır?"

S.Cəlaloğlu Fazil Musatafa ilə aralarndakı müzakirələri də şərh edib:

"Fazil Musatafa bildirir ki, Şah İsmayıl Xətai türk deyil, şiə olduğu üçün də müsəlman deyil. Mən isə Şah İsmayıl Xətainin Azərbaycan tarixinin ən şanlı, ən böyük şəxsiyyətlərindən biri olduğunu, Səfəvilər İmperiyasının tarixinin Azərbaycanın tarixi olduğunu sübut edən elmi məqalə yazmışam. Fazil Mustafa yazıb ki, şiəlik İsmailiyə təriqətini gətirib. Mən də yazmışam ki, radikallıq həm şiəlikdə, həm də sünnilikdə var. İŞİD-i, vəhabiləri, haşaşiləri misal çəkmişəm. F.Mustafa, şiəliyin xurafata səbəb olduğunu deyir, mən də misal çəkmişəm ki, bu xurafat deyil, türklərin keçmiş inanclarındandır.

O, hətta bir qədər də irəli gedib Nəsiminin, Qacarın bizim tariximizə aidiyyatı olmadığını deyir. Bu cür məsələlərlə bağlı müzakirə gedir. F.Mustafa bildirir ki, Şah İsmayıl Xətai hakimiyyətə gələn kimi sünniləri qırıb. Mən də bildirdim ki, bununla bağlı bir dənə də olsun fakt yoxdur. Ancaq Osmanlı İmperiyasında Sultan Yavuzun vaxtında 40 min ələvi bir gecədə qətlə yetirilib. Fazil Mustafaya onu deyirəm ki, əgər ittiham edirsənsə, hər iki tərəfin günahlarını sadala. Mənim belə deməyim şiəliyi müdafiə etməkdir?".

S.Cəlaloğlu sonda Tahir Kərimlinin nə danışdığını bilmədiyini qeyd edib:

"Tahir Kərimli qeyri-ciddi bir adamdır. O, nə siyasətçi, nə hüquqşünas, nə də öz xalqına canıyanan bir adam deyil. Çünki ictimai-siyasi hadisələrdə həmişə passiv mövqedə olub. Mənsub olduğu hakimiyyət haqqında, Elçibəy haqqında ağzına gələni danışıb. Belə bir adamın sözü mənim üçün mötəbər bir fikir deyil. Tahir Kərimli yazılanları nə izləyir, nə oxuyur, nə də söhbətin nədən getdiyini bilir. Ona görə də, gözün yumub, ağzını açıb, deyir ki, Fazil Mustafa ilə Sərdar Cəlaloğlu sünni-şiə məsələsini qızışdırır. Onun fikirlərinin heç bir əsası yoxdur.

Zəhmət çəkib oxuyub, sonra məsələyə münasibət bildirsin. Tahir Kərimli mənim sünni-şiə davası saldığımı düşünürsə, Azərbaycanda hüquq-mühafizə orqanları var, deputat kimi rəsmi şəkildə prokurorluğa müraciət etsin. Azərbaycan qanunlarına görə dini ayrıseçkilik salmaq cinayətdir. Əgər mən o cinayəti edirəmsə, durub mediada fikir bildirmək lazım deyil, prokurorluğa müraciət etmək lazımdır ki, Sərdar Cəlaloğlu dini təriqətlər arasında ixtilaf salır".


Qeyd edək ki, Tahir Kərimli bu barədə açıqlamanı modern.az saytına verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar