Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nazirlikdə yoxlamalar başladı

Tarix: 27-08-2020 14:17     Baxış: 4271 A- / A+
Azərbaycanda nazirlikdə yoxlamalar başladı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.


Manevr.az xəbər verir ki, Mədəniyyət Nazirliyindəki mənbədən oxu.az-a verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir.

Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.
Qeyd edək ki, may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb. Onun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayevin də nazirlikdə olduğu bildirilib. Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan R.Bayramov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar