Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

ÜST-dən məktəblərin açılması ilə bağlı AÇIQLAMA

Tarix: 27-08-2020 12:55     Baxış: 3316 A- / A+
ÜST-dən məktəblərin açılması ilə bağlı AÇIQLAMA


COVID-19 pandemiyası təhsil sisteminin fəaliyyətində misli görünməmiş kəsintiyə səbəb oldu və hazırda əsas məqam tədris müəssisələrinin fəaliyyəti bərpa olunduqdan sonra maksimum dərəcədə təhlükəsiz işin təmin olunmasıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

ÜST-dən bildirilib ki, COVID-19 pandemiyası 190-dan çox ölkədə təxminən 1,6 milyard şagird və tələbəyə təsir göstərib. Onun sözlərinə görə, əksər Avropa ölkələri pandemiya ilə mübarizə çərçivəsində gec və ya tez məktəblərin bağlanması barədə qərar verməli idi:

“Məktəblərin açılması ilə bağlı qərarın qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Avqustun 31-də ÜST-ün Avropa regional bürosu 53 üzv-dövlət üçün COVID-19-la mübarizə çərçivəsində məktəb tədrisi üzrə virtual iclas keçirəcək”.

Nümayəndənin sözlərinə görə, məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqini əhatə edir.

O, bir daha vurğulayıb ki, uşaqlar virusun yayılmasının mənbəyi ola bilər: “Uşaqların xəstəliyi ağır formada keçirməsi şanslarının az olması hesab edilsə də, onlar virusun digər insanlara ötürülməsinin mənbəyi ola bilər. Biz əlimizdən gələni etməliyik ki, yaşımızdan asılı olmayaraq, yoluxmayaq. Uşaqları məsafə saxlamağın, əlləri tez-tez yumağın və virusun ötürülməsinin qarşısının alınması üzrə digər tədbirlərin vacibliyi barədə məlumatlandırmaq lazımdır. Böyüklər bu mövzunu uşaqlarla müzakirə etməli və onları maraqlandıran suallara cavab verməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar