Xəbər lenti
"Qorbaçov istintaqdan yayınıb" - Rüstəm Usubov
"SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov ölkə konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib".
Manevr.az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
O bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq Bakının "Nasosnıy" deyilən ərazisində, həmçinin keçmiş Əzizbəyov metrosu ətrafında, Sumqayıt şəhəri istiqamətində hərbçilər şəhərə daxil olub dinc əhali arasında qırğın törədiblər:
"132 şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər isə qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 min qoşun şəhərə yeridilib. Bunlar SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları olublar. Ən böyük azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədib. Onların arasında çoxlu erməni olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycanın DTK-nin o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı.
Azərbaycan prokurorluğu hadisə ilə bağlı cinayət işinə olduqca gec, 1992-ci ilin fevralın 14-də qaldırıb. Bu isə o vaxtki rəhbərliyin səhvidir. Faciədən iki il sonra istintaq hərəkətlərinin aparılması bir çox çətinliklərə səbəb olub. Bu vaxt ərzində müəyyən sübutlar aradan qaldırılıb.
Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparılıb. SSRİ Mərkəzi Komitəsinin yanvarın 19-da Bakıya ezam olunan rəhbər işçiləri dindirilib. Girenko, Babkov, Mixaylov, Yazov da istintaqa cəlb olunublar.
Ancaq Qorbaçovu və Bakatini dindirmək hələ mümkün olmayıb. Onlar istintaqdan yayınıblar.
1992-ci ildə 68 cild əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu işlə bağlı həmin materialları tələb etsə də, hər hansı cavab verilməyib.
İstintaq gedir, 68 cild iş istintaqa gəldikdən sonra ona tam qiymət veriləcək".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar