Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əsgər Həsənov prokurorluq orqanlarından xaric edilib

Tarix: 26-08-2020 15:27     Baxış: 4310 A- / A+
Əsgər Həsənov prokurorluq orqanlarından xaric edilib



Baş Prokurorluq sosial şəbəkələrdə Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı paylaşılan informasiyalara münasibət bildirib.


Qurumun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.

Toplanmış materiallar Baş Prokurorluğun "İşin Təşkili Qaydaları" əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.
İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.
Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar