Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu obyektlərin hamısı bağlanacaq

Tarix: 26-08-2020 07:34     Baxış: 4213 A- / A+
Azərbaycanda bu obyektlərin hamısı bağlanacaq

Yaxın gələcəkdə Azərbaycanda daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandıracaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Facebook”da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, daş karxanaları ətraf mühitə ziyan vurur və əhali tərəfindən bu baxımdan xeyli şikayətlər alırlar. Lakin son illər bu karxanaların sayı əhəmiyyətli dərəcədə azalıb: “3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. Hazırda bu say 300-ə enib. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat civarındadır. Artıq 15 milyon 600 min manat ziyan Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Ödəməyən karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, işlərinə prokurorluqda baxılır. Yaxın vaxtlarda həmin karxanaların ödənişi məcburi ödənilməsi ilə bağlı qərar çıxarılacaq. Çox böyük ehtimalla, yaxın gələcəkdə karxanaların əksəriyyəti fəaliyyətini dayandıracaq”. H. Əlizadə bildirib ki, hazırda bu karxanaların hamısını bağlamaq mümkün deyil. Çünki bu karxanaların fəaliyyətini dayandırmaq böyük faciəyə səbəb ola bilər, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Qanunauyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək. amia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar