Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Kerri Əliyevi hiddətləndirdi" - ABŞ mediası

Tarix: 20-01-2017 03:19     Baxış: 4335 A- / A+
"Kerri Əliyevi hiddətləndirdi"


“Amerikan Spektator” qəzetində “Jeviş Nyus Servis” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Azərbaycan münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib.

Manevr.az xəbər verir ki, məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.

Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.

Yeni seçilən Prezident Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayanda ABŞ-ın Azərbaycanla bağlı siyasətində İsraildən nümunə götürə bilər və analoji siyasət həyata keçirər.

Daha sonra müəllif İsrail ilə Azərbaycan arasında sıx əlaqələrdən, bu yaxınlarda Baş nazir Benyamin Netanyahunun Bakıya səfərindən, hərbi və iqtisadi əməkdaşlıqdan, hər iki dövlətin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərindən, o cümlədən müdafiə naziri Moşe Yaalonun 2014-cü ildə, xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə, Şimon Peresin 2009-cu ildə səfərindən yazır. Kamaras, həmçinin Azərbaycanda dağ yəhudiləri və aşkenaz-yəhudilərinin icmalarından və ölkədə antisemitizmin olmamasından söz açır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdən yazan müəllif yeni administrasiyanı ABŞ-ın xarici siyasəti üçün Azərbaycanın regionda əhəmiyyətini yaxşı öyrənməyə çağırır. ABŞ-ın lider mövqeyinin və dünyanın ABŞ-a etimadının bərpası üçün bu etimadı İsrail və Azərbaycan kimi vacib müttəfiqlərdə yenidən qazanmaq lazımdır.(axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar