Xəbər lenti
Tovuz rayonunun Ağdam kəndində müharibə veteranlarının evlərinə qaz çəkilir
“Azəriqaz” İstehsalat Birliyi ölkəmizin düşmənlə təmas xəttindəki rayon və kəndlərində yaşayan insanların kommunal problemlərinin həllinə həssaslıqla yanaşır.
İstər dövlət proqramları çərçivəsində, istərsə də Birliyin tədbirlər planına daxil olan təmir-tikinti prosesləri zamanı belə ərazilərdə yaşayan vətəndaşların müraciətləri daha çox diqqətdə saxlanılır. Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayının əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb. Belə ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib.
“Azəriqaz” İB bildirir ki, bundan sonra da Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək. Məlumat üçün bildirək ki, 2020-ci ildə 20-dən çox belə ailənin müraciəti əsasında qazlaşma aparılıb, qaz xətlərinin yerinin dəyişdirilməsi işləri görülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar