Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya peyvəndilə bağlı VACİB NÜANSLAR: kimlərə edilə bilməz?

Tarix: 21-08-2020 09:41     Baxış: 3327 A- / A+
Rusiya peyvəndilə bağlı VACİB NÜANSLAR: kimlərə edilə bilməz?


Önümüzdəki payızda Rusiyada əhalinin koronavirusa qarşı yerli peyvənd olunmasına başlaması gözlənilir.

Manevr.az xəbər verir ki, tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov peyvəndlə bağlı vacib nüansları diqqətə çatdırıb.

Mütəxəssis COVID-19 əleyhinə peyvənd şərtlərinin qripin vurulmasından əvvəl tətbiq olunan məhdudiyyətlərə bir qədər bənzədiyini söyləyib.

Jemçuqov qeyd edib ki, dərman xəstələrə verilməməlidir. Bir insanın hərarəti 37 dərəcədən xeyli yüksəkdirsə, ona peyvənd vurula bilməz. Bundan əlavə, bu prosedurdan əvvəl spirt içməməlisiniz.

"Peyvənddən əvvəl heç bir halda spirtli alkoqol içməməlisiniz, yüngülünü belə. Peyvənd alkoqola elə bir şəkildə reaksiya verə bilər ki, insanın səhhəti pisləşə bilər. Düşünürəm ki, peyvənddən əvvəl 10-12 saat, hətta bir gün əvvəl alkoqol içmək olmaz. Vaxt qaraciyərin necə işlədiyindən asılıdır. Həkimlərdən utanmamaq və peyvənd etməzdən əvvəl maraq doğuran bütün suallar verilməlidir. Peyvəndin son müddəti, dərmanın soyuducuda saxlandığı temperatur barədə həkimdən soruşmaq lazımdır.

Soyuducuda temperatur dörd dərəcədən yüksək olmamalıdır. Birdəfəlik şprisin düzgün istifadə olunduğunu yoxlamaq üçün həkimin əlcək geyib-geyməməsinə də diqqət yetirməlisiniz. Ümumiyyətlə, peyvənd yalnız tibb bacısı tərəfindən deyil, həkim tərəfindən edilməlidir. Odur ki, əvvəlcədən Rospotrebnadzor və Səhiyyə Nazirliyinin saytından məlumat toplamalı və hər şeyin lazımi qaydada olmasını tələb etməlisiniz" , - immunoloq yekunda bildirib. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar