Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Nar & Sharab”da və “Sapphire Zagulba”da toy mərasimi keçirilməyib

Tarix: 20-08-2020 21:34     Baxış: 3367 A- / A+
“Nar & Sharab”da və “Sapphire Zagulba”da toy mərasimi keçirilməyib


Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirus pandemiyası ilə mübarizə məqsədilə müəyyənləşdirdiyi qaydalara zidd olaraq son vaxtlar paytaxtın bir neçə məşhur restoranında adamların kütləvi şəkildə iştirak etdikləri toy və nişan mərasimlərinin keçirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Manevr.az-ın məlumatına görə, Bakıda ictimai iaşə xidmətləri göstərən “Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası bununla əlaqədar təkzib bəyanatı yayıb. Bildirilir ki, adıçəkilən restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir. Belə ki, Sərt karantin rejimi dövründə “Nar & Sharab”da və “Sapphire Zagulba”da heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürlmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür.

Qeyd edək ki, hazırda “Sapphire Zagulba” hoteli bağlıdır və fəaliyyət göstərmir.

“Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası yalan və saxta məlumatların yayılmasını qəti şəkildə pisləyir, bunu ölkəmizdə ictimai sabitliyin və əmin-amanlığın pozulmasına qəsdən yönəlmiş hərəkət hesab edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KİV-ə açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, avqustun 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar