Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlhamla Fərizənin xatirəsinə - "Sədaqət" xalçası toxundu - FOTO

Tarix: 19-01-2017 22:22     Baxış: 5383 A- / A+
İlhamla Fərizənin xatirəsinə



Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı olub.

Xalçaçı bu işi ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini deyib: "İlham-Fərizə" xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma almasına kömək edib. Bu işə 2 ay vaxt sərf edilib. Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05x1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkdəndir".

Müəllif xalçanı yalnız İlham və Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərməğan hazırladığını diqqətə çatdırıb.
Səməd Təbrizli əmin olduğunu bildirib ki, gələcək nəsillər xalçanı Azərbaycan tarixinin nişanəsi kimi muzeylərdə görəcək və bu sənət əsəri onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.

İlhamla Fərizənin xatirəsinə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar