Xəbər lenti
Azərbaycanda iki televiziyanın yayımı dayandırılır - SƏBƏB

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.
MTRŞ-dan bildirlib ki, iclasda avqustun 1-10-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
Avqustun 4-də “Lider” televiziya kanalının efirində saat 20.00–21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində avqustun 22-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, avqustun 10-da “ATV” televiziya kanalının efirində saat 16.00–17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində avqustun 20-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































