Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür

Tarix: 13-08-2020 19:11     Baxış: 5308 A- / A+
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür


İtaliyanın "InTerris" analitik-xəbər portalında jurnalist Milena Castiglinin "Caritas Armenia yoxsulların yanında: Qafqazda sülh körpüsü" adlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistandakı vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın "Ermənistan və Azərbaycan: münaqişəni sülh yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur" adlı məqaləsi dərc edilib.


Manevr.az
xəbər verir ki, Azərbaycanın İtaliyadakı Səfirliyindən trend-ə bildirilib ki, D.Letiziya M.Castilglinin müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycan tərəfindən təcavüzə məruz qalması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirərək, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını deyib. D.Letizia Ermənistanın ağır iqtisadi və epidemioloji vəziyyətlə üzləşdiyini, bu səbəbdən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmağa məcbur olduğunu, hərbi təxribatlara əl atdığını və iki ölkə arasındakı dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib.
BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini xatırladan D.Letizia, Ermənistan əhalisinin yoxsulluq və aclıqla üzləşməsinin məhz Azərbaycan torpaqlarının işğal edilməsi faktından irəli gəldiyini deyib. Ermənistanın acınacaqlı iqtisadi durumda olduğunu qeyd edən italyan jurnalist, adambaşına düşən ÜDM-ə görə bu ölkənin dünyada 118-ci yerdə qərarlaşdığını, Ermənistanda yaşayan tənha qalmış şəxslərin və körpə uşaqlı anaların ac, əlilliyi olan şəxslərin qayğısız qalması səbəbindən xüsusilə böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.

Ermənistanda mövcud faciəvi mənzərənin keçmiş və hazırkı siyasi rəhbərliyin səriştəsiz idarəetməsi səbəbindən yarandığını deyən italyan jurnalist vurğulayıb ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən italyan jurnalist N.Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edib.

D.Letiziya vurğulayıb ki, hazırda bu ölkədə ən çox müzakirə olunan mövzulardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı cinayət işi ilə bağlıdır. Jurnalistin sözlərinə görə M.Minasyan N.Paşinyan və həyat yoldaşı Anna Akopyanı 50 min ton metal qırıntısının Ermənistandan qeyri-qanuni ixracı və ticarətində, habelə N.Paşinyanı beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarəti ilə məşğul olmaqda, Ermənistanın dövlət xəzinəsini talan etməkdə günahlandırır.
Jurnalist xatırladıb ki, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti tərəfindən Krasnodarda saxlanılmış qara bazar üçün 40 ton siqaret daşıyan və göyərtəsində Ermənistan nümayəndələri olan təyyarənin hazırkı hökumətin qeyri-qanuni beynəlxalq qaçaqmalçılıqla bağlılığına dair çoxsaylı xəbərlər yayılıb, eyni zamanda Voronej vilayətində də N.Paşinyanla əlaqələndirilən külli miqdarda qanunsuz siqaretin ələ keçirildiyi bildirilib.

D.Letizia Ermənistan silahlı qüvvələrinin işğal etdikləri əraziləri tərk etməyənə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayana qədər münaqişənin dayanıqlı sülh yolu ilə həllinin mümkünsüzlüyünü bildirib, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun gələcək hüquqi statusunun müəyyənləşdirilməsi üçün bölgənin azərbaycanlı icmasının iştirakının vacibliyini vurğulayıb.

Ermənistana beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ayrılan ianələr və humanitar yardımların bu ölkədəki ağır sosial problemləri və yoxsulluğu aradan qaldırılmayacağını qeyd edən D.Letiziya təbii sərvətləri, dənizə çıxışı olmayan kiçik və yoxsul bir ölkənin sözügedən problemlərinin yeganə həlli yolunun qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasında olduğunu bildirib. Bunun üçün isə müəllif Ermənistanın ilk növbədə öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmamalı olduğunu, Azərbaycanla sülhün əldə olunması istiqamətində səy göstərməli olduğunu deyib. Müəllif məqaləsini "Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, öz xalqının gələcəyi üçün bir o qədər yaxşı olar" fikirləri ilə bitirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar