Xəbər lenti
Milli Məclis payızda uşaqpulu məsələsini müzakirə edəcək
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilər zamanı görüşlərdə əhalinin qaldırdığı məsələlər arasında uşaqpulu məsələsi xüsusi yer tutub:
"Ona görə də Milli Məclisin istər yaz sessiyasında, istərsə də ondan sonra keçirilən növbədənkənar sessiyalarında uşaqpulu məsələsi deputatlar tərəfindən ən çox qaldırılan məsələlərdən birinə çevirildi. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Həmin dinləmələrdən biri də uşqapulu məsələsinə həsr olunacaq”.
Əli Məsimli bildirib ki, müzakirədə qeyri-hökumət təşkilatları və gigər ekspertlər də iştirak edəcək:
"Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və gigər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar