Xəbər lenti
ÜST-dən Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqlar haqda AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada qeydiyyatdan keçmiş COVID-19-a qarşı peyvəndlə bağlı açıqlama verib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, qurum COVID-19-a qarşı peyvəndin Rusiya Federasiyasının yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır.
Təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır:
"Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat 2020-ci ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir.
Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunmuş prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir. ÜST dünyada bu peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığın təminatını təşviq edir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar