Xəbər lenti
ABŞ-dan Belarusdakı seçkilərlə bağlı açıqlama
"Belarusda baş verənləri görürük, bu ölkədəki seçki nəticələrinin ədalətli olmasına şübhəmiz var”.
Bunu Çexiyanın baş naziri Andrey Babiş ilə görüşsonrası baş tutan mətbuat konfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
"Belaruslar azadlıq və demokratiya istəyirlər, onlar buna layiqdirlər. Vətəndaş aktivistlərinə öz fikirlərini azad bildirmək haqqı verilməli və onlar polisin qəddar hərəkətlərindən müdafiə olunmalıdırlar”, - M.Pompeo əlavə edib.
Onun sözlərinə görə, ABŞ Belarusdakı demokratik qüvvələrə dəstəyini davam edəcək
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar