Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionistdən XƏBƏRDARLIQ - Payız aylarına hazır olmalıyıq

Tarix: 12-08-2020 16:12     Baxış: 3302 A- / A+
Baş infeksionistdən XƏBƏRDARLIQ - Payız aylarına hazır olmalıyıq

Azərbaycanda hazırda koronavirusa yoluxanların sayında azalma müşahidə olunur. Yay fəslinin bitməsinə az qalır və payızın başlaması ilə həm də hava sərinləşəcək Fəsil dəyişkliyi qrip və soyuqdəymə ilə xəstələnənlərin sayını artırır. Hazırda isə əhalini daha çox koronavirusla bağlı vəziyyətin payız aylarında necə olacağı narahat edir.

Payız aylarında koronavirusa yoluxma faizinin artması gözlənilirmi?

“Koronavirus soyuq havaya davamlı olduğuna görə payız aylarında xəstəliyin artma ehtimalı qalır”.

Bunu açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, yoluxmanın qarşısını almaq üçün bir neçə aydır alışdığımız vərdişlərə ciddi əməl etməliyik: “Bizə aşılanan vərdişlər var. Maska taxmaq, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, təmizliyə əməl etmək və s. kimi vərdişlərə davamlı əməl etməyimiz çox vacib şərtdir. Yəni, bu gündən payız-qış ayları üçün hazır olmalıyıq”.

Həkim bildirib ki, sadalanan vərdişlərlə yanaşı, normal qidalanmalı, zərərli vərdişlərdən bacardıqca imtina etməliyik.

C.İsayev vurğulayıb ki, immuniteti güclü saxlamaq üçün yuxu rejiminin gözlənilməsi, eləcə də əsəb sisteminin qorunması da vacib şərtlərdəndir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar