Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədi ilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.
Qeyd: qabiliyyət imtahanından məqbul almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. Qabiliyyət imtahanı zamanı abituriyentlərin aşağıdakı bilikləri qiymətləndiriləcəkdir:
1. Dünyagörüşü və dini bilikləri:
- dinlər, habelə İslam dini barədə bilikləri;
- Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı;
- dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri.
2. Dini baxışlar və dünyəvilik anlayışı:
- ümumi dünyagörüşündə dinin yeri və rolu;
- milli-mənəvi, habelə dini dəyərlərə baxışı;
- müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti.
3. Psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu:
- gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti;
- dövlətçilik və vətənpərvərlik mövqeyi;
- insanlarla ünsiyyət bacarığı;
- xitabət və natiqlik qabiliyyəti.
4. Tolerantlıq və multikulturalizm təsəvvürləri:
- tolerantlıq və multikulturalizm barədə fikirləri;
- dini müxtəlifliyə münasibəti;
- davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu.
Məlumat üçün bildirək ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır. Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda, müsahibəyə buraxılırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar