Xəbər lenti
Polad Həşimovun adı bu küçəyə verildi - VİDEO
Qəbələ şəhərinin ən böyük küçələrindən birinə General-Mayor Polad Həşimovun adı verilib. Bu, rayon sakinlərini ürəkdənsevindirib.Qəbələnin baş memarı Təbriz Abdulxalıqov şəhidin adının verildiyi küçə barədə məlumat verib və bununladünəndən etibarən sosial şəbəkələrdəyayılan bir söz-söhbətə son qoyub.
Şəhid generalın adının yazıldığı lövhə. Bu lövhənin yanından keçənlərin kimisi şəkliniçəkir, kimisi isə qürurla övladına göstərir.
Ermənilərin təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimovun adı əbədiləşdirilir. Qəbələ şəhərinin mərkəzində yerləşənŞəhidlər Xiyabanının qarşısından keçən ən böyükküçəyə onun adı verilib. Dəmiraparan çayın sağ sahilində yerləşən bu küçə həm də Qəbələnin əsas turizm marşrutu üzərində yerləşir.
1100 metr uzunluğu olan bu küçədə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub. Polad Həşimovun adının küçəyə verilməsi orada yaşayanların, eləcədə rayon sakinlərinin ürəyincə olub.
Onu da qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general-mayor Polad Həşimovun adına verilməsi kimi əsassız məlumatlar yayılıb. Şəhərin baş memarı insanları belə, dəqiqləşdirilməmiş informasiyalar yayamağa çağırıb.
Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistan ordusu tərəfindən Tovuz rayonunda törədilən təxribat nəticəsində şəhid olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar