Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Kəlbəcər” adlı tanker suya buraxıldı - SINAQ ÜÇÜN (ŞƏKİLLƏR)

Tarix: 06-08-2020 20:21     Baxış: 2604 A- / A+
“Kəlbəcər” adlı tanker suya buraxıldı


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən “Kəlbəcər” neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Manevr.az xəbər verir ki, bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra “Kəlbəcər” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.
Yeni nəsil “Kəlbəcər” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.
Onu da qeyd edək ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatacaq.(Dalidag.az)

Manevr.az

“Kəlbəcər” adlı tanker suya buraxıldı
“Kəlbəcər” adlı tanker suya buraxıldı
“Kəlbəcər” adlı tanker suya buraxıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar