Xəbər lenti
Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ
"Pandemiya, neftin qiymətinin aşağı düşməsi, Azərbaycanda da iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli və çox sərt karantin dövrü idi, amma dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 milyon profsit yarandı”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhəmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. V.Əhmədov büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib:
“Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli, bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarısında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.
Deputat manatın taleyi ilə bağlı da məsələyə toxunub:
“Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz, bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar