Xəbər lenti
Qrup şəklində ziyarətgaha gedənlər cərimələndi - VİDEO
İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib. Abşeronda isə kafedə dostlarla qeyd edilən ad günü məclisi aşkarlanıb.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
Abşeron rayonunda karantin qaydalarına zidd olaraq ,gizli fəaliyyət göstərən restoran aşkar edilib.Xırdalan şəhərində keçirilən tədbir zamanı şəhər sakini Zakir Məmmədovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 8 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, orada olan müştərilərin hamısı saxlanılan şəxslərdən biri olan Niyaməddin Babayevin ad gününü keçirmək üçün kafeyə toplaşıblar.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar