Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

DİN rayonlara getməyin qaydalarını açıqladı

Tarix: 04-08-2020 13:19     Baxış: 8374 A- / A+
DİN rayonlara getməyin qaydalarını açıqladı


Daxili İşlər Nazirliyi avqustun 5-dən SMS-icazə və portalda icazə sisteminin ləğvindən sonra Bakıdan rayonlara gediş-gəlişin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb.

Manevr.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək: "Xüsusi polis postları bu 3 şəhərin giriş-çıxışda fəaliyyət göstərəcək. Digər rayon və şəhərlərə gediş-gəliş məhdud olaraq saxlanılır. İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq. Lakin ezamiyyə vərəqələri ilə də bağlı polis postlarında ciddi araşdırma aparıldıqdan sonra təsdiqini taparsa, icazə verilə bilər. Çünki xidməti fəaliyyətimizdə rast gəlmişik ki, bəzi şirkətlər onlara verilmiş səlahiyyətlərdən sui-istifadə ediblər".

E.Zahidov əlavə edib ki, Bakıda və digər xüsusi karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda mobil polis postları fəaliyyətlərini davam etdirirlər: "Həmin əməkdaşlar avqustun 5-dən artıq icazələri yoxlamasalar da, karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edəcəklər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar