Xəbər lenti
Xarici səfərlərlə bağlı YENİ AÇIQLAMA
“Azərbaycan vətəndaşlarına zəruri hallar istisna olmaqla xarici səfərlərdən çəkinmələri tövsiyə olunur”.
Manevr.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, dünya ölkələrində pandemiyanın ikinci, üçüncü alovlanmadı baş verməkdədir: “Hər zaman dövlətlər arasında yenidən uçuşların, sərhədlərin bağlanması və təkrar gücləndirici tədbirlər, təkrar digər dövlətlər tərəfdən birtərəfli şəkildə addımların atılması halları baş verə bilər ki, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər. Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsi ilə bağlı xüsusi məsələ və açıq mövzu demək olar ki, yoxdur. Məntəqələr üzrə təşkil olunan çarter reysləri də demək olar ki, dayandırılıb. O mənadakı artıq İstanbul reysi vasitəsilə digər ölkələrdə olan vətəndaşlar da tranzit yolla AZAL və Türk Hava Yollarının reysləri ilə ölkəyə gələ bilirlər. Quru sərhədə gəlincə, Gürcüstan və Rusiya istiqamətində müəyyən olunmuş qaydalara uyğun, qrafik çərçivəsində vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunub”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar