Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb

Tarix: 02-08-2020 12:15     Baxış: 6314 A- / A+
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb


Azərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüsü ilə Türkiyədəki 30 qeyri-hökumət təşkilatı birgə Bəyanat qəbul edib. Bəyanatda işğalçı Ermənistanın təcavüzü, onun Azərbaycanla cəbhə bölgəsindəki təxribatları, Türkiyəyə qarşı ərazi iddiaları, saxta soyqırım tələbləri qətiyyətlə pislənilir, bunlara son qoyulmasına çağırılır.


Manevr.az bəyanatın tam mətnini təqdim edir:

Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi gərginlik yaşanır. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbiçiləri şəhid olur, yaralanır, mülki əhalinin yaşadığı məntəqələrə ziyan dəyir, dağıntı və təlafatlar baş verir. Belə bir mürəkkəb vaxtda Azərbaycana ilk dəstək Türkiyə dövlətindən, türk xalqından gəldi. Təqdirəlayiq haldır ki, "Bir millət, iki dövlət" prinsipindən çıxış edən Türkiyənin ali siyasi rəhbərliyi və xalqı Azərbaycanın haqq işində onun yanında olduğunu qətiyyətlə bəyan etdi.

İşğalçı Ermənistan, onun riyakar siyasi rəhbərliyi və xaricdən bu prosesləri qızışdıran erməni diasporu və lobbisi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə problemlər yaradır. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini quran, sonradan Qarabağ və ətraf əraziləri işğal edən ermənilərin Türkiyəyə, Gürcüstana qarşı saxta soyqırım və ərazi iddiaları bu dövlətin, onu yönəldənlərin nə qədər məkrli siyasət yürütdüklərinin göstərir. Artıq iki əsrə yaxındır ki, bölgədəki bütün millətlərə (türk, kürd, yəhudi, talış, tat, ləzgi və s.), dinlərin nümayəndələrinə (müsəlman, xristian və s.) nifrət bəsləyən, onlara fəlakətlər gətirən və soyqırımlar törədən ermənilərin hümanizm və insan haqlarından danışması riyakarlıqdır. Ermənistanın təcavüzünə qarşı dünyanın aparıcı demokratik dövlətlərində soydaşlarımızın təşkil etdikləri dinc etiraz aksiyalarına terrorçu erməni təşkilatlarının bilavsitə iştirakı ilə edilən hücum və zorakılıqlar qarşı tərəfin münaqişənin dinc yolla həllində maraqlı olmadığını bir daha göstərdi.

Bütün bunları nəzərə alaraq biz - aşağıda imza atan Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının rəhbərləri Ermənistandan beynəlxalq hüquqa və insan haqlarına hörmətlə yanaşmağı, işğalçı qoşunlarını Qarabağ və ətraf rayonlardan çıxarmağı, Azərbaycana qarşı təcavüzü dayandırmağı, saxta soyqırım tələblərindən, Türkiyəyə və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyi, xarici ölkələrdə yaşayan türk və müsəlmanlara qarşı illərdir davam edən terror və zorakılıqları dərhal dayandırmağı tələb edirik!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar