Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun hamilələrə inanılmaz TƏSİRİ

Tarix: 31-07-2020 21:48     Baxış: 8288 A- / A+
Koronavirusun hamilələrə inanılmaz TƏSİRİ


Filadelfiya alimləri koronavirusun hamilə qadınlara təsirini araşdırıb.

Manevr.az xəbər verir ki, aprel-iyun ayları arasında həkimlər COVID-19 diaqnozu qoyulan hamilə qadınların sağlamlıq vəziyyətini araşdırıb. Və bu nəticəyə gəlib ki, hamilə qadınlar virusa fərqli immun reaksiya göstərir. Elm adamları "Science Immunology" jurnalında dərc olunan məqalədə hamilələrdə xəstəliyə davamlı immunitetin qazanılması barədə məlumat verib.

Doğuşdan sonra 1293 qadın antikorlar üçün sınaqdan keçirilib. Onların 6,2 faizində koronavirusa qarşı antikorlar inkişaf etdirilib. Bu, Filadelfiyada yoluxma sayı 1,4 faiz olduğu bildirilən rəqəmlərdən təxminən 4 dəfə çoxdur.

Lakin alimlər hələ immunitetin irqi və etnik qruplarla necə bağlı olduğunu anlaya bilmirlər. Məlum olub ki, bəzi qadınlar immuniteti daha çox, digərləri daha az inkişaf etdirir. Məsələn, ispan qadınları başqalarına nisbətən daha yaxşı qorunur - 10,4 faizində antikorlar yaranıb, qaradərili hamilə qadınların isə 9,7 faizində sözügedən virusa qarşı immunitet var.

Tədqiqatçıların bildirdiyinə görə, ağdərili qadınların yalnız 2 faizi, Asiya qadınlarının isə 0,9 faizi koronavirusa qarşı immun reaksiya inkişaf etdirib. (publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar