Xəbər lenti
Koronavirus suda nə vaxt ölür?
Koronavirusun demək olar ki, bütün hissəcikləri 24 saat ərzində otaq temperaturunda olan suda 90%-i, 72 saat ərzində isə 99,9% ölür.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda "Rospotrebnadzor"un mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edilir ki, "Rospotrebnadzor"un "Vektor" mərkəzində su nümunələrində koronavirusun canlılığını müəyyənləşdirmək üçün tədqiqat aparılıb. Mütəxəssislər virusun içməli suda və dəniz suyunda çoxalma qabiliyyətinin olmadığı qənaətinə gəlib, ancaq sağ qala bilər. Bundan əlavə, yeni koronavirusun inaktivasiyasının suyun temperaturundan birbaşa asılılığı aşkar edilib.
O da bildirilir ki, suyun qaynadılması virusu tamamilə məhv edir, xlorlu su isə onun canlılığını itirir.
Bundan əvvəl, Amerika alimləri ultrabənövşəyi radiasiya ilə aparılan tədqiqatlar nəticəsində bir kvadrat santimetr üçün beş millijoul lampanın dozası ilə SARS-CoV-2-nin yayılmasının altı saniyədə 99% azaldığını və 22 mJ/sm² lampalara məruz qaldıqda 25 saniyə içində koronavirusun demək olar, tamamilə öldüyünü bildirib.
Xatırladaq ki, martın əvvəlində ÜST yeni koronavirusun yayıldığını elan edib və onu pandemiya adlandırıb. Hazırda, ümumilikdə dünyada 16,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 650 mindən çox insan həlak olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar