Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mərdan Camalov Zərdabdakı həbslərdən danışdı: "O yoldaşlar..."

Tarix: 29-07-2020 16:51     Baxış: 5199 A- / A+
Mərdan Camalov Zərdabdakı həbslərdən danışdı: "O yoldaşlar..."

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov rəhbərlik etdiyi qurumda hüquq-mühafizə orqanlarının əməliyyat keçirilməsinə dair yayılan məlumatlara münasibət bildirib.


Manevr.az
xəbər verir ki, məsələ ilə bağlı mediapost-a açıqlama verən Mərdan Camalov rəhbəri olduğu qurumda belə bir əməliyyatın keçirilmədiyini bildirib:

"Əgər Dövlət Təhlükəsizlik Xidməti (DTX), Baş Prokurorluq və yaxud Daxili İşlər Nazirliyi hər hansı bir rayonda əməliyyat keçirirsəh bu barədə dərhal mətbuat xidmətləri açıqlama verirlər. Ona görə, heç kim özündən Amerika çıxarmasın. İcra hakimiyyətində heç kim həbs edilməyib. Sadəcə lazım olan müəyyən məsələlərlə bağlı 1 ay əvvəl işdən çıxardığım icra nümayəndəsi və bələdiyyə sədri saxlanılıblar. Bu barədə də KİV-lərə məlumat veriləcək. O yoldaşlar nə icra hakimiyyətinə gəlib əməliyyat keçirib, nə də buradan kimsə həbs olunub”.

Mərdan Camalov hüquq-mühafizə orqanları tərəfindən rayonun İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Abuseyid oğlu Əhmədov izahat alındığını və onun həbs edilmədiyini bildirib: "Nəsə lazım olub deyə, onu çağırmışdılar. Hazırda memar da, mən də öz yerimdəyəm”.

M.Camalov Azərbaycanda bəzi xəbər saytlarını yaydıqları məlumatlara görə də qınayıb: "Onlar öyrəşiblər ki, hər kəsin pis işinə sevinsinlər. Ancaq bilmirlər ki, Allah göydən baxır. Pis işə sevinənin Allah öz başına gətirir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar