Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı

Tarix: 28-07-2020 14:33     Baxış: 4205 A- / A+
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı


"Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır. Bu günə qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar şəklində yardım da edib".


Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov "Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə" mövzusunda vebinarda çıxışı zamanı deyib.

"İnanıram ki, Azərbaycanın çoxmillətli səviyyədə davam etdirdiyi səylər qeyd edilməlidir. Belə nümunələrdən biri də Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Təmas Qrupu formatında keçirilən zirvə görüşüdür.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini alan, dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının xüsusi iclasını çağırmaq təklifini irəli sürdü.

Qeyd etməliyəm ki, bu təklif BMT sisteminin mərkəzi mövqeyinin vurğulanması, həmçinin Baş Assambleyanın pandemiyaya qarşı səmərəli mübarizə aparmaq və onun sosial-iqtisadi problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirləri səfərbər etməkdə əsas müzakirə məşvərətçi, siyasət aparılması və təmsilçi orqan rolunun vurğulanması baxımından vacibdir", C.Bayramov bildirib. /report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar