Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Amerikalı yəhudilər erməni vəhşiliklərini pislədilər

Tarix: 28-07-2020 10:01     Baxış: 6209 A- / A+
 Amerikalı yəhudilər erməni vəhşiliklərini pislədilər

Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, açıqlamada ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib. Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qaşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib. Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq-mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Los Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Los Ancelesdəki Baş Konsulluğumuzun bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar