Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun daha bir yeni növü yayılmağa başladı

Tarix: 28-07-2020 05:19     Baxış: 4205 A- / A+
Koronavirusun daha bir yeni növü yayılmağa başladı

Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.

Bu barədə hökumətdən bildiriblər.

Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər.

Son 99 gün ərzində ölkədə ilk daxili yoluxma halı şənbə günü mühüm istirahət mərkəzi olan Da Nanq şəhərində yaşayan və xaricə heç getməmiş 57 yaşlı şəxsdə aşkarlanıb. Bundan sonra baş nazir Nquyen Xuan Phuk şəhərdə kütləvi testlər keçirmək, azı 1 metr sosial məsafə qaydasına əməl etmək barədə göstəriş verib. Sabahdan etibarən kütləvi əyləncə, dini, mədəni tədbirlər dayandırılır, ictimai iaşə və gözəllik müəssisələri də bağlanır.

Bu gün hökumət Da Nanq şəhərindən 80 min turistin dörd gün ərzində təxliyə olunması barədə qərar verib.

Qeyd edək ki, 96 milyon əhalisi olan Viyetnam indiyədək cəmi 420 yoluxma halı və 0 ölüm halı ilə koronavirusa qarşı mübarizə sahəsində dünya miqyasında böyük nailiyyət əldə edib. Bu nailiyyətin, ilk növbədə, çox çevik və sərt qabaqlayıcı tədbirlər sahəsində əldə edildiyi bildirilən ölkə mart ayında sərhədlərini əcnəbilərin üzünə tam bağlamışdı. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar