Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa qarşı peyvənd pulsuz olacaq - Moskvada

Tarix: 25-07-2020 11:44     Baxış: 6170 A- / A+
Koronavirusa qarşı peyvənd pulsuz olacaq


Moskvada koronavirusa qarşı peyvənd pulsuz olacaq.

"RİA Novosti”nin məlumatına görə, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

"Hazır olacağı anda peyvənd kampaniyasına başlayacağıq… Əlbəttə ki, iki payız epidemiyasını üstələməyimiz üçün bu il qripə qarşı vaksinasiyanı da artırmalıyıq”, - deyə paytaxt rəhbəri vurğulayıb.

Sobyaninin sözlərinə görə, testlərin sayının artması aşkar olunan yoluxma hallarının çoxalmasına səbəb olur:

"Ümumiyyətlə, koronavirusla bağlı vəziyyət yaxşılaşır. Bu gün Moskvada təqribən 50 min adam yoxlanılmaq üçün qeydiyyatdan keçib”.

Qeyd edək ki, Rusiyada ən azı 17 elmi təşkilat COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə məşğuldur.

Bazar ertəsi günü Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə hazırlanan peyvəndin klinik sınaqları uğurla başa çatıb. Nəticələr işləndikdən sonra dövlət qeydiyyatı üçün göndəriləcək.

Bundan başqa, Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor”) yanında "Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi vaksinin klinik sınaqlarını aparmaq üçün icazə alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar