Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Azərbaycana qarşı istifadə etdiyi silahlar Serbiya mənşəlidir - Sübut olundu

Tarix: 23-07-2020 14:20     Baxış: 5258 A- / A+
Ermənilərin Azərbaycana qarşı istifadə etdiyi silahlar Serbiya mənşəlidir - Sübut olundu


“Mən Serbiyanın müvəqqəti işlər vəkili ilə görüşdüm. Açıq şəkildə dedim ki, bizdə tam dəqiq məlumatlar var ki, bu, baş verib və Serbiya tərəfi bunu araşdırmalıdır”.


Bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

X.Xələfov deyib ki, səfirlik vasitəsi ilə təmaslar davam edir: “Artıq bizə müəyyən cavablar veriblər. Hazırda Serbiya tərəfindən rəsmi olaraq bu məsələnin araşdırılmasına başlanılıb. Gözləyirik ki, yaxın vaxtlarda rəsmi araşdırma başa çatacaq və Azərbaycan tərəfinə cavab veriləcək. Biz Serbiyadan həm izahat tələb etmişik, həm də bu addımların atılmasına gətirib çıxaraq səbəblərin aradan qaldırılmasını istəmişik. Bu, ikitərəfli münasibətlərə toxunan məsələdir. Mən bunun ikitərəfli münasibətlərdə çox həssas məsələ olduğunu qeyd etmişdim. Çox təəssüflər olsun ki, ilkin araşdırmalar sübut edib ki, Azərbaycanın sərhəddəki yaşayış məntəqələrinə, hərbi qüvvələrimizin mövqelərinə qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir. Beynəlxalq hüquqda malların mənşəyi məsələsində bir liberallıq var. Ancaq silahların mənşəyi məsələsində vəziyyət fərqlidir. Həmin silahın hansı ölkələrə ixrac edilməsi istehlakçı ölkənin nəzarətində olmalıdır”./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar