Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cənab İlham Əliyevin operativ reaksiyası xalqa göstərilən diqqətin bariz nümunəsidir

Tarix: 22-07-2020 16:15     Baxış: 2182 A- / A+
Cənab İlham Əliyevin operativ reaksiyası xalqa göstərilən diqqətin bariz nümunəsidir


“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bir daha göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti həmişə xalqın, vətəndaşın yanındadır. Prezidentin operativ reaksiyası xalqa göstərilən diqqətin daha bir bariz nümunəsidir. Belə bir zamanda ölkə başçısının işlərin gedişini birbaşa nəzarətdə saxlaması, vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətinin öyrənilməsi, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işlərinin aparılması, eyni zamanda dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi vətəndaşlarımız tərəfindən çox böyük razılıqla qarşılanır.”

Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır: “Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıldı. Bütün bunlar isə bu kateqoriyadan olan insanlara nə qədər böyük qayğı, hörmət və ehtiram göstərildiyini sübut edir.”

Milli Məclisin deputatı Anar Məmmədov vurğulayıb ki, ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir: “Bu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər də bunun bariz nümunəsidir. Bütün bu addımlar ölkə başçısının xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar